Şair Vaqif Bayatlı Odərin bütün yaradıcılığının toplanacağı sayt yaradılıb.
Bu haqda şair, esseist Fərid Hüseyn Kult.az-a açıqlamasında bildirib.
Onun sözlərinə görə şairin əlli ildən artıq zamanda yaranmış ədəbi-bədii irsi bu saytda cəmlənəcək:
“Vaqif Bayatlı Azərbaycanda əsərləri ən çox təhlilə cəlb olunan şairlərdən biridir. Biz onun əsərlərini və haqqındakı yazıların hamısını yaradıcılığı ilə maraqlananlar üçün elektronlaşdırıb belə bir sayt yaratdıq.
Bu ilin oktyabrında Vaqif müəllimin 75 illik yubleyi qeyd olunacaq. O vaxta qədər şairin yaradıcılıq nümunələri hissə-hissə sayta yerləşdiriləcək. Eyni zamanda şairin əsərləri toplu şəkildə nəşr olunacaq”.
- ADY ötən ay 1,6 milyon tondan çox yük daşıdı
- Tavuşda yeni xətt çəkildi: Hansı ərazilər Azərbaycana keçdi?
- Bu rayonlarda işıq olmayacaq
- Emindən qızı Əminəyə ad günü hədiyyəsi - Video
- İş günü qısaldılacaq - Bu tarixdə
- Bakının üç rayonunda qaz kəsiləcək
- Litvanın baş naziri Bakıda xalça toxudu
- Bu ərazilərdə qaz kəsiləcək