Martın 16-sı saat 00:05 radələrində 1993-cü il təvəllüdlü Əli Seyidlinin paytaxtın Sabunçu rayonunda yaşadığı fərdi yaşayış evinin qarşısında ölməsinə dair rayon prokurorluğuna məlumat daxil olub.
Sabunçu rayon prokurorluğundan BUTA.TV-a verilən məlumata görə, ilkin araşdırma zamanı Əli Seyidlinin ürək nahiyəsindən kəsici-deşici, üz nahiyəsindən isə küt alətlə yetirilmiş xəsarət nəticəsində qəsdən öldürülməsinə əsaslı şübhələr müəyyən edilib.
Fakta görə Sabunçu rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Cinayəti törətməkdə şübhəli bilinən şəxs(lər)in müəyyən edilməsi üçün prokurorluq və daxili işlər orqanlarının əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu tərəfindən zəruri tədbirlər həyata keçirilir.
Nəticəsi barədə əlavə məlumat veriləcəkdir.
- ADY ötən ay 1,6 milyon tondan çox yük daşıdı
- Tavuşda yeni xətt çəkildi: Hansı ərazilər Azərbaycana keçdi?
- Bu rayonlarda işıq olmayacaq
- Emindən qızı Əminəyə ad günü hədiyyəsi - Video
- İş günü qısaldılacaq - Bu tarixdə
- Bakının üç rayonunda qaz kəsiləcək
- Litvanın baş naziri Bakıda xalça toxudu
- Bu ərazilərdə qaz kəsiləcək