Dünən biz İlaxır çərşənbədə də İranda genişmiqyaslı etirazların şahidi olduq. Xalq Axırçərşənbədən etirazlar üçün yeni fürsət kimi istifadə etdi. Artıq 6 aydır ki, proses davam edir və Tehran rejimi bundan olduqca narahatdır.
Bu sözləri BUTA.TV-a dünən baş verən etirazlar və ordunun hazır vəziyyətə gətirilməsi xəbəri haqqında danışan İran üzrə ekspert Kərim Əsgəri deyib.
Ekspert SEPAH-ın Xameneidən sonrakı dövrə hazırlıq planlarının olduğunu bildirib:
“Hazırda çevriliş ehtimalına qarşı SEPAH-ın dövlətə nəzarəti tamamilə əlinə alma planlarının olduğu barədə söhbətlər də gündəmdədir. Lakin SEPAH birbaşa Xameneiyə tabedir. Fikrimcə, bu, həm də Xameneidən sonrakı dövrə hazırlıqla əlaqədardır. Yəni hansısa bir çevrilişə imkan verməmək və yenə vaxtından əvvəl hakimiyyət dəyişikliyi olacağı təqdirdə iqtidara SEPAH-a bağlı olan şəxsi gətirmək istəyirlər”.
Qeyd edək ki, dünən bütün İran ərazisində güclü etiraz nümayişləri və polis qüvvələri ilə toqquşmalar yaşanıb. Eyni zamanda ordunun yüksək döyüş hazırlığı səviyyəsinə gətirildiyi haqqında xəbərlər yayılıb.
- ADY ötən ay 1,6 milyon tondan çox yük daşıdı
- Tavuşda yeni xətt çəkildi: Hansı ərazilər Azərbaycana keçdi?
- Bu rayonlarda işıq olmayacaq
- Emindən qızı Əminəyə ad günü hədiyyəsi - Video
- İş günü qısaldılacaq - Bu tarixdə
- Bakının üç rayonunda qaz kəsiləcək
- Litvanın baş naziri Bakıda xalça toxudu
- Bu ərazilərdə qaz kəsiləcək