Martın 13-də paytaxtın Sabunçu rayonu, Kürdaxanı-Pirşağı avtomobil yolunda ağır yol-nəqliyyat hadisəsi qeydə alınıb.
BUTA.TV xəbər verir ki, Ramin Xaqani oğlu Kazımovun idarə etdiyi "Ford" markalı yük avtomobili ilə qarşı istiqamətdə hərəkətdə olan Aqil Arif oğlu Rəhmanovun idarə etdiyi "Ford" markalı yük avtomobili toqquşub. Nəticədə A.Rəhmənov almış olduğu xəsarətlərdən hadisə yerində ölüb.
Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 263.2-ci (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.
- ADY ötən ay 1,6 milyon tondan çox yük daşıdı
- Tavuşda yeni xətt çəkildi: Hansı ərazilər Azərbaycana keçdi?
- Bu rayonlarda işıq olmayacaq
- Emindən qızı Əminəyə ad günü hədiyyəsi - Video
- İş günü qısaldılacaq - Bu tarixdə
- Bakının üç rayonunda qaz kəsiləcək
- Litvanın baş naziri Bakıda xalça toxudu
- Bu ərazilərdə qaz kəsiləcək