Serbiya iqtisadiyyat naziri Rade Basta Rusiyaya sanksiyalar təklif etmək əvəzinə, ABŞ-ın təzyiqlərinə qarşı çıxmalıdır.
BUTA.TV xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.
“Necə də qəribə mövqedir: Amerika Serbiyaya təzyiq edir, serbiyalı nazir isə Rusiyaya qarşı çıxmağa çağırır. Bəlkə, serbiyalı nazirin öz ölkəsinə təzyiqlərə qarşı qətiyyətlə çıxış etməsi yaxşı olardı? Rusiya ABŞ-dan fərqli olaraq həmişə Serbiya və onun xalqına hörmət bəsləyib. Məsələ sadəcə tarixi həqiqətdə deyil, həm də aydın faktdadır: Rusiyaya qarşı sanksiyaların tətbiqi ilə bağlı Birləşmiş Ştatların Serbiyaya təzyiqləri bitməyəcək, daha da artacaq”, - deyə XİN sözçüsü bildirib.
Qeyd edək ki, Serbiyanın iqtisadiyyat naziri Rade Başta ölkəsinin anti-Rusiya sanksiyalarına qoşulmaqdan imtina etdiyinə görə ağır bədəl ödədiyini, AB-nin Kremlə qarşı sanksiyalarını dəstəklədiyini bildirib.
- ADY ötən ay 1,6 milyon tondan çox yük daşıdı
- Tavuşda yeni xətt çəkildi: Hansı ərazilər Azərbaycana keçdi?
- Bu rayonlarda işıq olmayacaq
- Emindən qızı Əminəyə ad günü hədiyyəsi - Video
- İş günü qısaldılacaq - Bu tarixdə
- Bakının üç rayonunda qaz kəsiləcək
- Litvanın baş naziri Bakıda xalça toxudu
- Bu ərazilərdə qaz kəsiləcək