Belçika hökuməti təhlükəsizlik xidmətinin tövsiyəsindən sonra Tiktok tətbiqinin xidməti telefonlarda istifadəsinə müvəqqəti qadağa qoyub.
BUTA.TV xəbər verir ki, bu barədə Belçika hökumətinin məlumatında deyilir.
“Milli Təhlükəsizlik Şurası martın 10-da federal hökumətin əməkdaşlarının xidməti telefonlarına Tiktok tətbiqinin quraşdırılmasına müvəqqəti qadağa qoyub”, - məlumatda deyilir.
Bildirilib ki, Belçika Dövlət Təhlükəsizliyi Xidməti və Kibertəhlükəsizlik Mərkəzi Tiktokun məxfiliyə müdaxilə riski daşıyan böyük miqdarda istifadəçi məlumatlarını topladığı barədə xəbərdarlıq edib.
Bundan əlavə, Tiktokun məlumat axınlarını manipulyasiya edə biləcəyi göstərilir.
- ADY ötən ay 1,6 milyon tondan çox yük daşıdı
- Tavuşda yeni xətt çəkildi: Hansı ərazilər Azərbaycana keçdi?
- Bu rayonlarda işıq olmayacaq
- Emindən qızı Əminəyə ad günü hədiyyəsi - Video
- İş günü qısaldılacaq - Bu tarixdə
- Bakının üç rayonunda qaz kəsiləcək
- Litvanın baş naziri Bakıda xalça toxudu
- Bu ərazilərdə qaz kəsiləcək