“İçməli su maya dəyərindən ucuz qiymətə satılır. Bu da “Azərsu” ASC-nin rentabelli işləməsinə maneə törədir”.
“BUTA.TV” xəbər verir ki, bu barədə “Azərsu” ASC-nin sədr müavini Etibar Məmmədov ölkədə su qıtlığının səbəbləri və mövcud vəziyyətlə bağlı keçirilən tədbirdə bildirib.
O qeyd edib ki, gələcəkdə su tariflərinin artırılması ilə bağlı Tarif Şurası qərar verə bilər: “Lakin biz də bununla bağlı belə bir proqram hazırlayırıq ki, su qiymətlərinə yenidən baxılsın”.
***
Etibar Məmmədov əlavə edib ki, su təchizatı ilə bağlı hələ ki, hər hansı qorxu yoxdur: “Kürün quruması yox, suyunun azalması müşahidə olunur. Bu da qlobal iqlim dəyişmələri ilə bağlıdır.
Suyun qiymətinə gəlincə isə, bu qərarı hökumət verir. Azərbaycanda suyun tarifi digər ölkələrlə müqayisədə çox aşağıdır”.
- ADY ötən ay 1,6 milyon tondan çox yük daşıdı
- Tavuşda yeni xətt çəkildi: Hansı ərazilər Azərbaycana keçdi?
- Bu rayonlarda işıq olmayacaq
- Emindən qızı Əminəyə ad günü hədiyyəsi - Video
- İş günü qısaldılacaq - Bu tarixdə
- Bakının üç rayonunda qaz kəsiləcək
- Litvanın baş naziri Bakıda xalça toxudu
- Bu ərazilərdə qaz kəsiləcək