Azərbaycan İsrail ordusunun İrana hücum etmək üçün öz bazalarından istifadə etməsinə icazə verməyəcək.
BUTA.TV xəbər verir ki, bunu Azərbaycanın İsraildəki səfiri Muxtar Məmmədov “Yerusalim Post” nəşrinə açıqlamasında deyib.
“Azərbaycan lap əvvəldən bəyan edib ki, başqa dövlətlərin daxili işlərinə qarışmayacaq, öz ərazisindən başqa dövlətlərə qarşı istifadə olunmasına imkan verməyəcək. Çünki biz başqa dövlətlərdən də bizim daxili işlərimizə qarışmamasını gözləyirik”, - səfir bildirib.
Qeyd edək ki, bir müddət öncə “Haaretz” nəşri İsrailin İrana mümkün hücumları üçün Azərbaycanın öz aerodromlarını hazırladığını yazmışdı.
- ADY ötən ay 1,6 milyon tondan çox yük daşıdı
- Tavuşda yeni xətt çəkildi: Hansı ərazilər Azərbaycana keçdi?
- Bu rayonlarda işıq olmayacaq
- Emindən qızı Əminəyə ad günü hədiyyəsi - Video
- İş günü qısaldılacaq - Bu tarixdə
- Bakının üç rayonunda qaz kəsiləcək
- Litvanın baş naziri Bakıda xalça toxudu
- Bu ərazilərdə qaz kəsiləcək