Xəzər dənizində bir çox təhlükələr var. Yaxın gələcəkdə Xəzər dənizində suyun səviyyəsinin 9-30 metr azalacağı gözlənilir.
BUTA.TV-ın xəbərinə görə, bunu Qazaxıstanın informasiya və sosial inkişaf naziri Darxan Kidirali X Qlobal Bakı Forumu çərçivəsində “Meqatəhdidlər dövrü: İqlim təhlükəsizliyi; Qida təhlükəsizliyi; Nüvə təhlükəsizliyi” mövzusunda keçirilən növbəti panel iclasda çıxışı zamanı deyib.
Nazir qeyd edib ki, Qazaxıstan hər zaman sülhün tərəfindəndədir: “Təəssüflər olsun ki, bu gün qida təhlükəsizliyi məsələsi də ortaya çıxıb”.
Onun sözlərinə görə, dünyada hazırda bir çox təhlükələr yaşanmaqdadır: “Bu yaxınlarda qardaş Türkiyədə zəlzələlər oldu. Həmin zəlzələ nəticəsində bir çox insanlar həyatını itirdi. Xəzər dənizində də bir çox təhlükələr var. Yaxın gələcəkdə Xəzərin suyunun 9-30 metr azalacağı gözlənilir. Bu da 5 ölkə üçün də təhlükədir”.
- Emindən qızı Əminəyə ad günü hədiyyəsi - Video
- İş günü qısaldılacaq - Bu tarixdə
- Bakının üç rayonunda qaz kəsiləcək
- Litvanın baş naziri Bakıda xalça toxudu
- Bu ərazilərdə qaz kəsiləcək
- Elektrikə qoşulmaq üçün yeni qayda tətbiq ediləcək
- Cəlil Əhmədov departamentə müdir təyin edildi
- ADY-nin Dərnəgül dayanacağının tikintisi yekunlaşır - Video