Almaniyada yaşayan Azərbaycan vətəndaşı Fərid Qabil oğlu Səfərli İranda itkin düşüb.
BUTA.TV Trend-ə istinadən xəbər verir ki, bu barədə onun anası Əskərova Dilarə məlumat verib.
O bildirib ki, oğlu fevralın 20-də İrana gedib və martın 4-də müəmmalı şəkildə yoxa çıxıb.
Fərid Səfərlinin anası oğlunun İranda saxlanılmasını ehtimal etdiklərini vurğulayıb:
“5 martda Almaniyaya qayıtmalı idi. 4 martdan telefonu sönüb, xəbər yoxdur”.
Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat Xidməti İdarəsinin rəisi Ayxan Hacızadə bildirib ki, məsələ barədə artıq araşdırma aparılır, məlumat veriləcək.
- Emindən qızı Əminəyə ad günü hədiyyəsi - Video
- İş günü qısaldılacaq - Bu tarixdə
- Bakının üç rayonunda qaz kəsiləcək
- Litvanın baş naziri Bakıda xalça toxudu
- Bu ərazilərdə qaz kəsiləcək
- Elektrikə qoşulmaq üçün yeni qayda tətbiq ediləcək
- Cəlil Əhmədov departamentə müdir təyin edildi
- ADY-nin Dərnəgül dayanacağının tikintisi yekunlaşır - Video