14 mayda Türkiyədə həm parlament, həm də prezident seçkiləri olacaq. Ölkəmizdə idarəçilik sistemi də prezidentli respublika olduğu üçün qarşıdakı seçkilər daha çəkişməli keçəcək. Çünki prezident eyni zamanda iqtidar partiyasının sədridir. Rəcəb Tayyib Ərdoğan hazırda ölkə başçısıdır və Millət İttifaqı Kamal Kılıçdaroğlunu onun qarşısına rəqib olaraq çıxardıb.
Bu sözləri BUTA.TV-a Türkiyədəki seçkiqabağı proseslər haqqında danışan Qafqaz Strateji Araşdırmalar Mərkəzinin (KAFKASSAM) rəhbəri, professor Həsən Oqtay deyib.
Professor Rəcəb Tayyib Ərdoğanın seçilmə şansının daha çox olduğunu qeyd edib:
“Altılı masa” olaraq ifadə edilən Millət İttifaqı beş mühafizəkar (İYİ Partiyası, Gələcək Partiyası, Demokratiya və Sıçrayış Partiyası (DEVA), Səadət Partiyası, Demokrat Partiyası) və bir sol ideologiyalı (Cümhuriyyət Xalq Partiyası) partiyadan ibarətdir. Ona görə də Maral Akşənərin “Altılı masa”nı tərk edib, sonra ora yenidən qayıtmasından sonra Kamal Kılıçdaroğlunun vahid namizəd elan olunması tələskən verilmiş qərardır. Çünki Kılıçdaroğlunun digər partiya tərəfdarlarının səsini toplaması məsələsi hələ sual altındadır. Yəni Türkiyədə sağ hissə sola çox səs verməz. Hər nə qədər partiya liderləri Kılıçdaroğlunu vahid namizəd kimi elan etsə və Əkrəm İmamoğlu ilə Mənsur Yavaşı da vitse-prezident postuna uyğun görülsə də, bu, cəmiyyət tərəfindən tam mənası ilə qəbul olunmayıb. Dolayısı ilə Rəcəb Tayyib Ərdoğanın qarşıdakı seçkilərin qalibi olma ehtimalı yüksəkdir. Amma cənab Ərdoğan prezident seçilsə belə, Cümhur İttifaqı hökuməti quracaq çoxluğu əldə etməyə bilər. Ona görə də qarşıdakı dövrdə hökumətin müxalifətdən təşkil olunması mümkündür. İndiki məqamda Millət İttifaqının yaratdığı həyəcan ilə Kamal Kılıçdaroğlu öndə kimi görünür, amma seçki dövrü tamamilə fərqli bir mərhələdir. Ərdoğanın seçilmə şansının daha çox olduğunu düşünürəm”.
- ADY-nin Dərnəgül dayanacağının tikintisi yekunlaşır - Video
- Bu ərazilərə qar yağır
- Bu yollar iki gecə təmir ediləcək
- Prezident qadın hərbçilərlə bağlı bu qanunu təsdiqlədi
- İlham Əliyev pravoslav xristian icmasını təbrik etdi
- FHN: Suçəkmə işləri davam etdirilir - Video
- Qarabağda 800-dək sakin üçün kiçik bizneslər qurulub
- Övladının dəfnində canlı yayım açan atanın iki uşağı əlindən alındı