Rusiya rəhbərliyi Ukrayna ordusunun bacarıqlarında səhv edə bilər.
BUTA.TV xəbər verir ki, bu barədə ABŞ kəşfiyyatının illik təhdidlərin qiymətləndirilməsi ilə bağlı hesabatında bildirilib.
"Putin, çox güman ki, Ukrayna Silahlı Qüvvələrinin imkanlarını və döyüş meydanındakı uğurlarının miqyasını səhv qiymətləndirib. Rusiya hərbçiləri köhnəlmə, kadr çatışmazlığı və mənəvi-psixoloji problemlərlə üzləşib və bundan sonra da üzləşəcəklər ki, bu da onların qüvvələrini Ukraynanın əks-hücumlarına qarşı həssas edir", - hesabatda vurğulanıb.
Qeyd olunub ki, qismən səfərbərliyin tam effekti yalnız yaz və yay aylarında hiss olunmağa başlayacaq:
"Rusiya qüvvələri Donbasda cəmləşməyə davam etsə də, yəqin ki, 2023-cü ildə də onu tam zəbt edə bilməyəcək".
- ADY-nin Dərnəgül dayanacağının tikintisi yekunlaşır - Video
- Bu ərazilərə qar yağır
- Bu yollar iki gecə təmir ediləcək
- Prezident qadın hərbçilərlə bağlı bu qanunu təsdiqlədi
- İlham Əliyev pravoslav xristian icmasını təbrik etdi
- FHN: Suçəkmə işləri davam etdirilir - Video
- Qarabağda 800-dək sakin üçün kiçik bizneslər qurulub
- Övladının dəfnində canlı yayım açan atanın iki uşağı əlindən alındı