"Mənə o qədər çiçəklər gəlir ki... Hərdən başqa hədiyyələr gəlir, üstündə bir çiçəyi olmasa, maraqlı görünmür. Hərdən deyirəm ki, çiçək gətirirsinizsə, güldanı da gətirin".
BUTA.TV xəbər verir ki, bu sözləri Xalq artisti Məleykə Əsədova "Xeyirli axşamlar" verilişində deyib.
Aktrisa müğənnilərin onlardan çox qazanmasından danışıb: "Biz maaş alırıq, maaşa baxırıq. Oxuyanlar bu sahədə udur. Həmişə toya gedirlər. Aktyorlar isə fəadakardılar. Başqalarının taleyini yaşayırıq, ürəyim zəifləyib, çətin obrazları sevə-sevə yaradıram. Şükr edirəm ki, Allah bu istedadı mənə verib. Aktrisalıqdan başqa iş görə bilmərəm".
- ADY-nin Dərnəgül dayanacağının tikintisi yekunlaşır - Video
- Bu ərazilərə qar yağır
- Bu yollar iki gecə təmir ediləcək
- Prezident qadın hərbçilərlə bağlı bu qanunu təsdiqlədi
- İlham Əliyev pravoslav xristian icmasını təbrik etdi
- FHN: Suçəkmə işləri davam etdirilir - Video
- Qarabağda 800-dək sakin üçün kiçik bizneslər qurulub
- Övladının dəfnində canlı yayım açan atanın iki uşağı əlindən alındı