Sərhədlərin bağlı olması azad hərəkət etmək hüququnu məhdudlaşdırır.
BUTA.TV xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (Ombudsman) illik məruzəsinin müzakirəsi zamanı deputat Fazil Mustafa bildirib.
Azərbaycan Hava Yollarının (AzAL) bilet qiymətlərini istədiyi kimi müəyyənləşdirdiyini nəzərə çatdıran deputat ən azı tələbələrin quru sərhəddən keçməsi üçün şərait yaradılmasının, beləliklə tələbələrin xaricdən ölkəyə daha məqbul qiymətlə gəlib-getməsinin vacib olduğunu vurğulayıb:
“Bu, çox acınacaqlı durumdur. Bu durumun aradan qaldırılmasına Ombudsman necə təsir edə bilər? Dövlət səviyyəsində bu məsələnin həllinə nail olmalıyıq”.
- Prezident qadın hərbçilərlə bağlı bu qanunu təsdiqlədi
- İlham Əliyev pravoslav xristian icmasını təbrik etdi
- FHN: Suçəkmə işləri davam etdirilir - Video
- Qarabağda 800-dək sakin üçün kiçik bizneslər qurulub
- Övladının dəfnində canlı yayım açan atanın iki uşağı əlindən alındı
- Bakıda faciəvi şəkildə ölən zabit olub
- Bakıda kafe külə döndü - Video
- Tahir Gözəl “Azərsun Holdinq”in rəhbəri oldu