Martın 6-sı Güney Azərbaycanda Urmiya Gölü Günüdür.
BUTA.TV xəbər verir ki, Güney azərbaycanlı ziyalı və mədəni fəalların çoxsaylı müraciətlərinin nəticəsində 2019-cu ildən sonra 6 mart Urmiya Gölü Günü kimi qeydə edilir.
Məqsəd Urmiya gölünün quruması və bölgədə baş verməkdə olan ekoloji fəlakətə diqqətin artırılması olsa da, bu günə kimi İran hakimiyyəti gölün bərpası ilə bağlı verdiyi vədləri yerinə yetirməyib.
Hazırda Urmiya gölünün 94 faizi quruyub və qalan 6 faizinin də yay aylarında quruyacağı ehtimal edilir.
Bu barədə Qərbi Azərbaycan əyalətinin Regional Su Şirkətinin son məlumatında bildirilir.
Bir neçə gün öncə gölün bərpası üçün neçə illərdir çəkilməsi planlaşdırılan kanallardan birinin tikintisi tamamlanıb. Ancaq bu kanal vasitəsilə Urmiya gölünə axıdılacaq suyun onun bərpasına əhəmiyyətli təsir göstərməyəcəyi ehtimal edilir.
- Tovuzda ailə üç uşağından imtina etdi
- Azyaşlıya sükan həvalə edən sürücü məsuliyyətə cəlb olundu
- Tamerlan Qarayev Bakıdadır - Foto
- Yaşar Əməşova yeni vəzifə verildi - Foto
- Sabiq nazirin nəvəsi faciəvi şəkildə öldü
- Azərbaycanda arvadının soyadını götürən kişilərin sayı...
- Bakıda baş verən moped və motosiklet qəzaları - Anbaan video
- Bu məktəb və liseydə nümunəvi mülki müdafiə məşqi keçirildi