Bildiyiniz kimi, fars dili esq və ürfan dilidir. Bunda Həkim Nizaminin (Nizami Gəncəvi nəzərdə tutulur – red.) böyük yeri var. Onunla müqayisə olunacaq çox az şair tapmaq olar. Nizaminin fars dilində “Xəmsə”si, xüsusilə “Fərhad və Şirin”, “Leyli və Məcnun” və “7 gözəl” əsərləri eşq mövzusunda rəqibsiz nümunələrdir. Bu ədəbiyyatın kökləri onun şəxsi inamından bəslənir.
Kult.az xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani “Nizami həftəsi”nin açılışındakı çıxışında deyib.
“Bununla belə, başqa istiqamətlərdə də Nizaminin eşqini müşahidə etmək olar. O, vətən aşiqidir. Onun vətən eşqi də bənzərsizdir. Bu fars doğumlu, bəlağətli şair, kəndli balası “Leyli və Məcnun”da bildirir ki, İran muhiti olan Gəncə şəhərində doğulsa da, ürəyi ata yurdu Əcəm İraqında olub”, - Kənani bildirib.
Qeyd edək ki, Nizami Gəncəvinin yalnız farsca əsərlərinin dövrümüzə gəlib çatmasından istifadə edən İran illərdir onu fars əsilli şair etmək üçün dəridən-qabıqdan çıxır.
- Tovuzda ailə üç uşağından imtina etdi
- Azyaşlıya sükan həvalə edən sürücü məsuliyyətə cəlb olundu
- Tamerlan Qarayev Bakıdadır - Foto
- Yaşar Əməşova yeni vəzifə verildi - Foto
- Sabiq nazirin nəvəsi faciəvi şəkildə öldü
- Azərbaycanda arvadının soyadını götürən kişilərin sayı...
- Bakıda baş verən moped və motosiklet qəzaları - Anbaan video
- Bu məktəb və liseydə nümunəvi mülki müdafiə məşqi keçirildi