Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bolqarıstan Respublikasının Prezidenti Rumen Radevə təbrik məktubu ünvanlayıb.
BUTA.TV məktubun mətnini təqdim edir:
"Hörmətli cənab Prezident,
Bolqarıstan Respublikasının milli bayramı münasibətilə Sizə və Sizin simanızda dost xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi və xoş arzularımı yetirirəm.
Biz Azərbaycan-Bolqarıstan əlaqələrinin hərtərəfli inkişafına xüsusi əhəmiyyət veririk. Dost ölkə və strateji tərəfdaşımız olan Bolqarıstanla yüksək səviyyəli siyasi dialoqumuz, iqtisadi, enerji, nəqliyyat, mədəni və digər sahələrdə dinamik inkişaf edən münasibətlərimiz, səmərəli əməkdaşlığımız və bir çox sahələrdə əldə etdiyimiz nailiyyətlər bizi sevindirir.
Keçən ilin oktyabrında Bolqarıstana etdiyim rəsmi səfərin nəticələri, eyni zamanda səfər çərçivəsində Avropanın enerji təhlükəsizliyinə töhfə verən Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektorunun istifadəyə verilməsi strateji tərəfdaşlığımızın yüksək səviyyəsindən xəbər verir. Enerji sektorunda səmərəli işbirliyimizin ticarət, nəqliyyat, logistika, sərmayə, yüksək texnologiyalar, turizm və digər sahələr və istiqamətlər üzrə də müvəffəqiyyətlə davam etdiriləcəyinə əminliyimi ifadə edirəm.
Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar, dost Bolqarıstan xalqına daim əmin-amanlıq və firavanlıq diləyirəm".
- Sabiq nazirin nəvəsi faciəvi şəkildə öldü
- Azərbaycanda arvadının soyadını götürən kişilərin sayı...
- Bakıda baş verən moped və motosiklet qəzaları - Anbaan video
- Bu məktəb və liseydə nümunəvi mülki müdafiə məşqi keçirildi
- Sabah 22 dərəcə isti olacaq
- Xəstənin ölümündə təqsirləndirilən ginekoloqa hökm oxundu
- Saxta sənədlə 20 ildir Almaniyaya sığınan Aidə ifşa oldu
- Könül Vəlibəylinin qızının vəziyyəti ağırlaşdı