Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun sammiti çərçivəsində onun nəticələrini özündə əks edən sənəd qəbul edilib.
BUTA.TV xəbər verir ki, bu barədə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov sammitin bağlanış mərasimində çıxışı zamanı bildirib.
C.Bayramov iştirakçılara iştiraklarına, gün ərzində uğurlu fikir və ideya mübadiləsinə görə təşəkkür edib.
“Bu sammit əməkdaşlıq və həmrəylik nümunəsinə çevrildi”, - deyən nazir əlavə edib ki, təşkilat ölkələri COVID-19-dan sonrakı bərpa üçün yeni təkliflər irəli sürməyə davam etməlidir.
Onun sözlərinə görə, Azərbaycanın təşkilatda sədrlik müddəti bu il başa çatsa da, ölkənin Qoşulmama Hərəkatına yardımı və onunla əməkdaşlığı fəal şəkildə davam edəcək.
- Yaşar Əməşova yeni vəzifə verildi - Foto
- Sabiq nazirin nəvəsi faciəvi şəkildə öldü
- Azərbaycanda arvadının soyadını götürən kişilərin sayı...
- Bakıda baş verən moped və motosiklet qəzaları - Anbaan video
- Bu məktəb və liseydə nümunəvi mülki müdafiə məşqi keçirildi
- Sabah 22 dərəcə isti olacaq
- Xəstənin ölümündə təqsirləndirilən ginekoloqa hökm oxundu
- Saxta sənədlə 20 ildir Almaniyaya sığınan Aidə ifşa oldu