Qərbin sanksiyaları sərtləşdikcə, Rusiya neftinin nəqlinə kömək etməyə hazır olan “sirli tankerlər” donanması meydana çıxıb.
BUTA.TV xəbər verir ki, bu barədə CNN məlumat yayıb.
Mütəxəssislər 600-ə yaxın belə gəminin olduğunu bildiriblər ki, bu da dünyadakı bütün iri tankerlərin 10%-ni təşkil edir:
“Bu gəmilərin çoxunun kimə məxsus olduğu və onları kimlərin idarə etdiyi hələ də məlum deyil. Yeni qeyri-müəyyən oyunçular meydana çıxıb, bəzi hallarda Dubay və ya Honq Konqdakı şirkətlər də prosesdə iştirak edir. Bəzi tankerlər Avropada alınıb, qalanları isə köhnə gəmilərdir. Rusiya tədarükünü Çin və Hindistana yönləndirdikdən sonra “boz” donanmanın rolu xeyli artıb”.
- Ağac maşının üzərinə aşdı: gəlin və qayınana xəsarət aldı - Foto
- Gömrükdə malların buraxılışı məsələsi ilə bağlı yenilik
- Onların maaşlarında artımlar olacaq - Tapşırıq verildi
- Hansı rayonlarda ailələr daha çox dağılır? - Statistika
- Nəsimidə 72 kq narkotik dövriyyədən çıxarıldı - Video
- Xəzərdə yenə zəlzələ oldu
- Taksilərlə bağlı yeni tələblər müəyyənləşəcək
- Dövlət qurumları adından kütləvi fişinq hücumları oldu