Qarabağdakı erməni əhali ilə keçirilən görüşün açıqlanan detallarında diqqətçəkən bir məqam var: məsul şəxs qismində Milli Məclisin deputatı Ramil Məmmədov iştirak edib.
Buradan bir neçə nəticə çıxır::
1. Azərbaycan öz vətəndaşı hesab etdiyi əhali ilə qanunverici orqan üzərindən təmaslar qurur;
2. Qanunverici orqan üzərindən təmasın qurulması Qarabağdakı erməni əhalisinin nəinki Ermənistanın iddia etdiyi “tərəf” kimi yox, heç icma olaraq da qəbul edilmədiyi deməkdir;
3. Və bu həm də o deməkdir ki, istək və iddialara baxmayaraq, rəsmi Bakı erməni əhalisinin yalnız Azərbaycan qanunvericiliyi çərçivəsində yaşaması şərtində israrlıdır;
Yayılan məlumatlara görə, növbəti görüş Rusiya sülhməramlılarının iştirakı olmadan, Bərdə, Ağdam, Gəncə və ya Bakıda keçiriləcək. Bu məqam Qarabağdakı erməni əhalisinin Azərbaycan qanunvericiliyi altında yaşamaq istəyinin ilk addımı hesab edilə bilər.
- Yaşar Əməşova yeni vəzifə verildi - Foto
- Sabiq nazirin nəvəsi faciəvi şəkildə öldü
- Azərbaycanda arvadının soyadını götürən kişilərin sayı...
- Bakıda baş verən moped və motosiklet qəzaları - Anbaan video
- Bu məktəb və liseydə nümunəvi mülki müdafiə məşqi keçirildi
- Sabah 22 dərəcə isti olacaq
- Xəstənin ölümündə təqsirləndirilən ginekoloqa hökm oxundu
- Saxta sənədlə 20 ildir Almaniyaya sığınan Aidə ifşa oldu