Paytaxtın Nizami rayonunda müxtəlif ünvanlarda saxlanılan avtomobillərə gecə saatlarında naməlum şəxs tərəfindən qəsdən ziyan vurularaq cızılıb.
BUTA.TV xəbər verir ki, Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsində aparılan araşdırmalar zamanı həmin şəxsin 6 nəqliyyat vaitəsinə ziyan vurduğu müəyyən edilib. Şöbə əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbiri nəticəsində hadisələri törətməkdə şübhəli bilinən Ramil Quliyev saxlanılıb. Həmin şəxs ifadəsində hadisələri sərxoş vəziyyətdə törətdiyini bildirib.
Qeyd edək ki, Ramil Quliyevin nəqliyyat vasitələrinə ziyan vurması binalarının müşahidə kameraları vasitəsi ilə də lentə alınıb. Faktlarla bağlı 24-cü Polis Şöbəsində toplanan materiallar Nizami Rayon Polis İdarəsinə göndərilib, arşdırmalar davam etdirilir.
- Namiq Nəbiyevə hökm oxundu
- Qısa müddətdə növbəti yüksək vəzifə - Zaur Əliyev kimdir?
- Bu ərazilərdə suçəkmə işləri həyata keçirilir - Video
- Zaur Əliyevə yüksək vəzifə verildi
- Azərbaycan Belarusdan 100 ədəd MAZ alacaq
- "Anadolu Ankası - 2026" təliminə start verildi
- 600 abonentin qazı kəsiləcək
- "Kapital Bank"ın İdarə Heyətinin sədri onlarla görüş keçirdi