Tehranın Türkiyənin Qızıl Aypara Cəmiyyətinin Cənubi Azərbaycanda – Xoyda baş verən zəlzələ nəticəsində zərərçəkənlərə yardımla bağlı kömək təklifini qəbul etməyəcəyi gözlənilən idi.
BUTA.TV xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu bildirib.
O deyib ki, Tehran Türkiyənin və Azərbaycanın insani yardımını özü üçün təhlükə kimi görür:
“Yəqin hesab edirlər ki, qonşu dövlətlərin yardımı mərkəzi hakimiyyətin zəifliyini nümayiş etdirəcək. Onsuz da İranın dövlət qurumları ya bacarıqsızlıqlarından, ya da bilərəkdən zəlzələ nəticəsində evləri dağılan, ərzaq çatışmazlığı yaşayan və soyuqdan əziyyət çəkən vətəndaşlarına yardım etməyə tələsmirlər, başqalarına da yardıma imkan vermirlər. Bu, bir daha İrandakı rejimin vətəndaşlarına qeyri-insani münasibətindən xəbər verir. Zəlzələ baş verən ərazi Azərbaycan və Türkiyəyə yaxındır, normal dövlət qonşularının yardımına etiraz etməməliydi”.
Qeyd edək ki, Xoyda baş verən ardıcıl zəlzələlər nəticəsində 3 nəfər həlak olub, 1200-ə yaxın insan yaralanıb. İlkin məlumata görə, 73,5 min evə ziyan dəyib. Evləri dağılanlara yardım edilmədiyi üçün insanlar soyuq havada küçələrdə gecələməyə məcbur olur və ərzaq qıtlığı çəkirlər.
- “Zəfər Yolu” layihəsinin təqdimatı keçirildi
- Bakını kirli şəhərə çevirən amillər: Paytaxt üçün risk faktoru
- Liftdə köməksiz qalan bina sakini xilas edildi - Video
- Zəhərlənən 6 uşaq yenidən xəstəxanaya yerləşdirildi
- Xətaidə Aprel şəhidlərinin xatirəsinə ehsan verildi
- Terror fəaliyyəti ilə bağlı yeni cəzalar müəyyənləşir
- Prezident fərman imzaladı
- Sumqayıtda Aprel şəhidlərinin xatirəsi anılıb