İranda 40 milyona yaxın azərbaycanlı bu gün fars rejiminin əlində əsirdir.
BUTA.TV Report-a istinadən xəbər verir ki, bu fikirləri Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə deyib.
“Biz də hamı kimi Azərbaycanın İrandakı səfirliyinə edilən terror hücumunu qınayırıq. Bu gün ölkəmizdə yaşayan bütün dinlərin nümayəndəsi birlikdə gəlib başsağlığı veriblər. Bu onu göstərir ki, Azərbaycanda tolerantlıq, milli birlik və vəhdət var”.
A.Paşazadə vurğulayıb ki, İranda 40 milyona yaxın azərbaycanlı yaşayır:
“Onlar bu gün fars rejiminin əlində əsirdirlər. İnanıram ki, həqiqət gələcəkdə öz yerini tapacaq. Bu gün biz İrandan şəhid aldıq. Hansı ki, onu qardaş hesab edirdik. Biz indi bilirik ki, onlar bizim yox, Ermənistanın qardaşıdır. Prezident İlham Əliyev dediyi kimi baş verənlər terror aktıdır. Məsələ dəqiqliyinə kimi incələnməli və dünya həqiqətin nə olduğunu bilməlidir”.
- “Zəfər Yolu” layihəsinin təqdimatı keçirildi
- Bakını kirli şəhərə çevirən amillər: Paytaxt üçün risk faktoru
- Liftdə köməksiz qalan bina sakini xilas edildi - Video
- Zəhərlənən 6 uşaq yenidən xəstəxanaya yerləşdirildi
- Xətaidə Aprel şəhidlərinin xatirəsinə ehsan verildi
- Terror fəaliyyəti ilə bağlı yeni cəzalar müəyyənləşir
- Prezident fərman imzaladı
- Sumqayıtda Aprel şəhidlərinin xatirəsi anılıb