Azərbaycanın İrandakı səfirliyinin əməkdaşları Bakıya gətirilir.
BUTA.TV-ın Trend-ə istinadən məlumatına görə, şəhid Orxan Əsgərovun cənazəsi də ölkəyə gətirilir.
Qeyd edək ki, 27 yanvar 2023-cü il tarixində Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə terror hücumu olub. Hücum edən şəxs avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisini qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar. Hazırda hadisənin istintaqı aparılır.
- “Zəfər Yolu” layihəsinin təqdimatı keçirildi
- Bakını kirli şəhərə çevirən amillər: Paytaxt üçün risk faktoru
- Liftdə köməksiz qalan bina sakini xilas edildi - Video
- Zəhərlənən 6 uşaq yenidən xəstəxanaya yerləşdirildi
- Xətaidə Aprel şəhidlərinin xatirəsinə ehsan verildi
- Terror fəaliyyəti ilə bağlı yeni cəzalar müəyyənləşir
- Prezident fərman imzaladı
- Sumqayıtda Aprel şəhidlərinin xatirəsi anılıb