Azərbaycanın İrandakı səfirliyinə silahlı basqın nəticəsində ölən və yaralananlar xəbəri bizi dəhşətə gətirib.
BUTA.TV xəbər verir ki, bunu AB-nin Azərbaycandakı səfiri Peter Mixalko Tvitterdə yazıb.
“Diplomatik nümayəndəliklərə hücumlar qəbuledilməzdir. Mərhumun ailəsinə başsağlığı verir, yaralıların tezliklə sağalmasını arzulayıram”, - səfir bildirib.
Xatırladaq ki, 27 yanvar 2023-cü il tarixində Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə silahlı hücum olub. Hücum edən şəxs "Kalaşnikov" markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisini qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar. Onların vəziyyəti qənaətbəxşdir.
- Kommunal xidmətlərdə vahid abonent bazası yaradılır
- Güclü yağış yağacaq, subasma olacaq - Xəbərdarlıq
- Baş idarədən əməliyyat: saxlanılanlar var - Video
- “e-Sosial” fəaliyyətini dayandırır
- Diplomsuz həkim indi də “İstanbul”da burun kəsir... - Foto
- Əli Kərimlinin mühafizəçisinə hökm oxundu
- Onların vergi tutulmalı olan aylıq gəliri 400 manat azaldılır
- “Azərsun Holdinq” gənclərə dəstəyini davam etdirir