Səfirliklərə hücumu hər zaman qanuni hesab edən və bir neçə səfirliyə hücumların səbəbkarı olan hakimiyyət diplomatik məkanları necə qoruya bilər? İran xalqı və beynəlxalq ictimaiyyət üçün yeganə yol mütəşəkkil və hökumət terrorizminin kökünü kəsməkdir.
Axar az xəbər verir ki, bu sözləri Şərqi Azərbaycan Vəkillər Kollegiyasının İnsan Haqları Komissiyasının sədri Sina Yusifi Azərbaycanın Tehrandakı səfirliyinə hücumla bağlı Tvitter hesabında “Başın sağ olsun, Azərbaycan” həştəqindən istifadə ilə yaydığı paylaşımda bildirib.
O, həmçinin, bu terrorun arxasında İranın dayandığını, hücumun şəxsi münasibətlər zəminində baş verdiyi haqda İran rəsmilərinin gülünc açıqlamalarına inanmadığını deyib.
Xatırladaq ki, 27 yanvar 2023-cü il tarixində Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə silahlı hücum olub. Hücum edən şəxs "Kalaşnikov" markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisini qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar. Onların vəziyyəti qənaətbəxşdir.
- Kommunal xidmətlərdə vahid abonent bazası yaradılır
- Güclü yağış yağacaq, subasma olacaq - Xəbərdarlıq
- Baş idarədən əməliyyat: saxlanılanlar var - Video
- “e-Sosial” fəaliyyətini dayandırır
- Diplomsuz həkim indi də “İstanbul”da burun kəsir... - Foto
- Əli Kərimlinin mühafizəçisinə hökm oxundu
- Onların vergi tutulmalı olan aylıq gəliri 400 manat azaldılır
- “Azərsun Holdinq” gənclərə dəstəyini davam etdirir