Ötən gün Xətai rayon sakini Hikmət Natiq oğlu Salmanzadə psixoloji yardım ehtiyacı olduğu üçün Nərimanov rayon ərazisində yerləşən Psixi Sağlamlıq Mərkəzinə gedib. Dediyinə görə onu qəbul etməyiblər. Bu haqsızlığa etiraz əlaməti olaraq qazi özünü yandırıb.
Psixi Sağlamlıq Mərkəzi BUTA.TV-ın sorğusuna cavabında məlumatı təkzib edib.
“Qazinin özünü yandırdığından xəbərimiz var. O, ötən gün 15:55-də mərkəzdə olub. Həkim onunla danışıb, onu 1 saylı Respublika Psixatriya Xəstəxanasına göndərib. O isə göndərişi qəbul etməyib. Yanında olan şəxslərlə birlikdə burda səs-küy saldılar. Qapını, çərçivəni, pəncərəni - hər yeri təpiklədilər.
O, 2021-ci ildən bizdə qeydiyyatdadır, gəlib- gedir. Müalicə alır, müayinə olunur. Kameralarımız var. Mərkəzə nə vaxt daxil olub, özünü necə aparıb - hər biri lentə alınıb. Ona yüksək səviyyədə xidmət də göstərilib. 16:00-da bizim iş vaxtımız bitir. O özünü 16:06-da yandırıb”.
Mərkəz həmçinin onun bu cür aqressivliyinə pensiyasının kəsilməsinin səbəb olduğunu iddia edib.
Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliliyin İctimaiyyətlə əlaqələr və daxili kommunikasiya şöbəsinin müdiri Tural Qurbanovdan saytımıza verilən məlumata görə, bu iddia doğru deyil:
“Salmanzadə Hikmət Natiq oğlu 17.10.2021-ci il tarixində Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar 5 il müddətinə III dərəcə əlillik təyinatı alıb. Onun əlilliyi dayandırılmayıb, pensiyası vaxtlı-vaxtında ödənilir”.
- Bakıda saxlanılan bu rusların vəsatətləri təmin edilmədi
- Ən çox bankçılıq mükafatını ABB qazanıb
- Sabah intensiv yağış yağacaq
- ISO 20121 standartı Azərbaycanda ilk dəfə tətbiq olundu
- Dünyanın ən kirli paytaxtları: Bakı neçənci yerdədir?
- Mədəniyyət Nazirliyində struktur dəyişikliyi oldu
- İran İsraildə dron zavodunu vurdu - Foto
- Nizami Kino Mərkəzininn divarına qrafit çəkənlər saxlanıldı