Elm və Təhsil Nazirliyi və TƏBİB-in hər birinin ayrıca əmək haqqı sxemi var.
BUTA.TV xəbər verir ki, bu barədə millət vəkili Vüqar Bayramov qeyd edib.
Onun sözlərinə görə, bu qurumların maaş məbləği müəyyənləşən zaman əməyin məhsuldarlığı meyarına əsaslanmağa üstünlük verilir. Bu sektorlarda təşkil edilən qiymətləndirmələr də məhz yüksək məhsuldarlığa daha çox ödənişlə bağlıdır:
“Bu sektorlar üzrə çalışan və əmək haqları minimum səviyyədən aşağı olanların maaşları artıq artırılıb. Çünki heç bir sektorda minimum əmək haqqı məbləğindən az maaş verilə bilməz. Yəni, əgər kimsə təhsil və səhiyyə sektorunda çalışırsa və əmək haqqı 300 manat idisə, onların maaşı artıq artırlıb. Hər iki sektorda aşağı maaşlarda artımlar həyata keçiriləcəyindən dərəcələr arası fərq nəzərə alınmaqla əmək haqları müəyyənləşdiyi üçün bu sahələrdə də maaş artımları mümkün hesab olunur”.
V.Bayramov həmçinin vurğulayıb ki, bu məsələnin fevral ayının ilk həftəsinədək aydınlaşacağı gözlənilir. Çünki bu sektorlar üzrə uyğunlaşdırma üçün 1 ay vaxt ayrılıb.
- Bakıda saxlanılan bu rusların vəsatətləri təmin edilmədi
- Ən çox bankçılıq mükafatını ABB qazanıb
- Sabah intensiv yağış yağacaq
- ISO 20121 standartı Azərbaycanda ilk dəfə tətbiq olundu
- Dünyanın ən kirli paytaxtları: Bakı neçənci yerdədir?
- Mədəniyyət Nazirliyində struktur dəyişikliyi oldu
- İran İsraildə dron zavodunu vurdu - Foto
- Nizami Kino Mərkəzininn divarına qrafit çəkənlər saxlanıldı