Yanvarın 26-da, saat 15:00-da Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin işğaldan azad olunmuş ərazilərə təşkil etdiyi müntəzəm avtobus reyslərinin fevral ayına olan biletləri satışa çıxarılacaq.
Nazirlikdən BUTA.TV-a verilən məlumata görə, sərnişinlər müəyyən olunmuş marşrut xətləri üzrə biletləri www.yolumuzqarabaga.az portalı vasitəsilə onlayn qaydada ala bilərlər. Vətəndaşlar bilet almaq üçün şəxsiyyəti təsdiq edən sənəddəki məlumatları sistemə daxil etməlidirlər. Hər bir bileti yalnız şəxsiyyət vəsiqəsi ilə eyniləşdirilən vətəndaş istifadə edə bilər. Onun başqa şəxsə ötürülməsi mümkün deyil.
İşğaldan azad olunmuş ərazilərə ilk müntəzəm avtobus marşrutları ötən il yanvarın 24-də istifadəyə verilib. Bu günə qədər ümumilikdə 506 reys həyata keçirilib.
- ISO 20121 standartı Azərbaycanda ilk dəfə tətbiq olundu
- Dünyanın ən kirli paytaxtları: Bakı neçənci yerdədir?
- Mədəniyyət Nazirliyində struktur dəyişikliyi oldu
- İran İsraildə dron zavodunu vurdu - Foto
- Nizami Kino Mərkəzininn divarına qrafit çəkənlər saxlanıldı
- Aprel döyüşlərinin 10-cu ildönümü: “Zəfər Yolu”nun təqdimatı...
- Dövlət qurumunun 17 yüksəkvəzifəli şəxsi cəzalandırıldı
- Qarabağdakı bu yol ödənişli oldu - Qərar