Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinə yeni rəhbər təyinatı olub.
BUTA.TV xəbər verir ki, bu vəzifəyə əməkdar jurnalist Rəşad Nəsirov təyin edilib.
Qeyd edək ki, Rəşad Nəsirov ANS, "Lider" və İctimai Televiziyada çalışıb. 2010-cu ildən Azərbaycan Televiziya və Radio Verilişləri QSC-də (AzTV) baş redaktor və "Xəbərlər" informasiya proqramları studiyasının direktoru vəzifələrini icra edib.
Rəşad Nəsirov Prezidentin 2015-ci il 5 may tarixli sərəncamı ilə "Azərbaycan Televiziya və Radio Verilişləri" QSC-nin (AZTV) sədr müavini təyin olunub. 24 fevral 2020-ci il tarixində tutduğu vəzifədən azad edilib.
Nazirlər Kabinetinin 2016-cı il 16 dekabr tarixli 517 nömrəli qərarı ilə Rəşad Nəsirov Əhalinin Siyahıyaalınmasına Yardım üzrə Mərkəzi Komissiyanın üzvlərindən biri seçilib.
Rəşad Nəsirov 2016-cı il 7 noyabr tarixində televiziya və radio sahəsində xidmətlərinə görə Prezidentin Sərəncamı ilə "Əməkdar jurnalist" fəxri adına layiq görülüb.
- "Avroviziya"da təmsilçimiz ikinci çıxış edəcək
- 11 rayonda yeni su təchizatı şəbəkəsi yaradılır
- Bu ərazilərdə qaz olmayacaq
- Naxçıvan Ali Məclisi yalan məlumat yaydı - Kimi aldadır?
- Azərbaycanda ən populyar axtarış sistemləri məlum oldu
- Aynur Kərimovanın rəhbərlik etdiyi şöbə ləğv edildi
- 5 milyona yazılan "inkişaf strategiyası"nın sonu...
- Ziya Məmmədovun qardaşı oğlu ələ keçirdiyi villanı məhkəmədə uduzdu