İsveçin Ankaradakı səfiri Türkiyə Xarici İşlər Nazirliyinə çağırılıb.
BUTA.TV xəbər verir ki, İsveç hökumətinin sabah Türkiyə səfirliyi qarşısında müqəddəs Qurani-Kərim kitabının yandırılmasına icazə verməsi kəskin qınanılıb.
“Biz açıq-aşkar nifrət məzmunu daşıyan təxribat xarakterli hərəkəti şiddətlə qınayırıq, İsveçin rəftarının qəbuledilməz olduğunu, aksiyaya icazə verilməməsini gözlədiyimizi, müqəddəs dəyərlərə qarşı təhqirin “demokratik hüquqlar” pərdəsi altında müdafiə oluna bilməyəcəyini bildiririk. Terror təşkilatları və onların tərəfdarlarının təbliğati fəaliyyətinə icazə verilməsinin üçtərəfli bəyanatın açıq şəkildə pozulması anlamına gəldiyi bildirilib”, - bəyanatda deyilir.
- "Avroviziya"da təmsilçimiz ikinci çıxış edəcək
- 11 rayonda yeni su təchizatı şəbəkəsi yaradılır
- Bu ərazilərdə qaz olmayacaq
- Naxçıvan Ali Məclisi yalan məlumat yaydı - Kimi aldadır?
- Azərbaycanda ən populyar axtarış sistemləri məlum oldu
- Aynur Kərimovanın rəhbərlik etdiyi şöbə ləğv edildi
- 5 milyona yazılan "inkişaf strategiyası"nın sonu...
- Ziya Məmmədovun qardaşı oğlu ələ keçirdiyi villanı məhkəmədə uduzdu