Yanvarın 18-də axşam 21:10 radələrində “Manella” MMC-nin istismarında olan 163 nömrəli müntəzəm marşrut xətti üzrə 77 JA 185 DQN-lı sərnişin avtobusunda yanğın olub.
Bu barədə BUTA.TV-a Bakı Nəqliyyat Agentliyindən (BNA) məlumat verilib.
Məlumata görə, hadisə “Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzinin ərasizində baş verib. Yanğın nəqliyyat vasitəsinin mühərrik hissəsindəki qısaqapanma nəticəsində əmələ gəlib.
Qeyd olunub ki, agentliyin əməkdaşları dərhal yanğınsöndürmə vasitələrindən istifadə etməklə alovun qarşısını alıb. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları cəlb edilib. Qısa vaxtda yanğın tam söndürülüb.
Məlumata görə, hadisə nəticəsində hər hansı bir xəsarət alan olmayıb. Yanğın hadisəsi “Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzinin fəaliyyətinə təsir etməyib, müntəzəm marşrut xətləri üzrə avtobusların qrafikə uyğun hərəkəti təmin edilib.
- "Avroviziya"da təmsilçimiz ikinci çıxış edəcək
- 11 rayonda yeni su təchizatı şəbəkəsi yaradılır
- Bu ərazilərdə qaz olmayacaq
- Naxçıvan Ali Məclisi yalan məlumat yaydı - Kimi aldadır?
- Azərbaycanda ən populyar axtarış sistemləri məlum oldu
- Aynur Kərimovanın rəhbərlik etdiyi şöbə ləğv edildi
- 5 milyona yazılan "inkişaf strategiyası"nın sonu...
- Ziya Məmmədovun qardaşı oğlu ələ keçirdiyi villanı məhkəmədə uduzdu