Baş Qərargah rəisi Valeri Gerasimovun Ukraynadakı rus qoşunlarına komandir təyin edilməsinə Kremlin hərbpərəst mühitinin təmkinli reaksiyası Moskvanın artıq müharibəyə daha real baxmasını göstərir.
BUTA.TV xəbər verir ki, bu barədə ABŞ-ın Müharibənin Öyərnilməsi İnstitutu məlumat yayıb.
Məlumata görə, Gerasimovun təyinatı rus millətçilərinin, müharibə tərəfdarı olan blogerlərin müzakirəsində ciddi tənqid dalğasına səbəb olmayıb:
“Müharibə tərəfdarlarının əksəriyyəti iddia edirdilər ki, Gerasimovun təyinatı Rusiya Müdafiə Nazirliyinin yenidən müharibəyə görə məsuliyyəti öz üzərinə götürməsi deməkdir. Blogerlər Gerasimovun təyinatını nazirliyin daxilindəki gərginlik və “Vaqner” arasında münaqişə də daxil olmaqla, bir sıra mövcud problemlərlə əlaqələndirirlər. Bəzi müharibə tərəfdarları isə Gerasimovun təyinatından narahatdılar. Onlar bildirirlər ki, Gerasimovun təyinatı Kremlin tarixi məğlubiyyətlərindən dərs ala bilməməsinin nümunəsidir, çünki baş qərargah rəisi müharibənin əvvəlində Şimali Ukraynada işğal olunmuş əraziləri saxlaya bilməmişdi. Lakin bu tənqid sayı azdır. Blogerlər Gerasimovun sələfi Rusiya Aerokosmik Qüvvələrinin komandanı, ordu generalı Sergey Surovikinlə əməkdaşlığı davam etdirəcəyinə və Ukraynanın enerji infrastrukturuna raket hücumlarını davam etdirəcəyinə ümid edirlər”.
- Türkiyə təyyarəsinin İsrailin vurması barədə deyilənlər... - MN
- Hüseyn Abdullayev ölümün bir addımlığındadır - Vəkil
- Rasim Balayevi kim əvəz edir?
- Həsənovun cinayət işi məhkəməyə göndərildi
- Taksi sahiblərinin nəzərinə: Sığorta ilə bağlı mühüm qərar...
- Bakı metrosuna yeni qatarlar alınacaq
- Azərbaycan onu Tacikistana təhvil verdi
- Qanlı Göl ərazisi şəhər parkı konsepsiyasında abadlaşdırılacaq