Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan "Qarabağ"ın qapıçısı Şahruddin Məhəmmədəliyev ciddi zədə alıb.
Bu barədə BUTA.TV-a klubun mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadə məlumat verib.
Onun sözlərinə görə, 29 yaşlı qolkiperin qolu sınıb:
"Cərrahi müdaxiləyə ehtiyac olacaq. Amma əməliyyatın vaxtı və yeri dəqiq bilinmir. Variantlara baxıldıqdan sonra qərar qəbul olunacaq".
Klub rəsmisi məşqdə zədələnən təcrübəli qapıçının təqribən 2 ay yaşıl meydanlardan kənarda qalacağını söyləyib. Bu isə o deməkdir ki, qolkiper UEFA Konfrans Liqasının pley-off mərhələsində Belçika "Gent"inə qarşı hər iki matçı buraxacaq. Qarşılaşmalar müvafiq olaraq, fevralın 16-sı və 23-də keçiriləcək.
Qeyd edək ki, Şahruddin Məhəmmədəliyev Azərbaycan milli komandasının da üzvüdür.
- Türkiyə təyyarəsinin İsrailin vurması barədə deyilənlər... - MN
- Hüseyn Abdullayev ölümün bir addımlığındadır - Vəkil
- Rasim Balayevi kim əvəz edir?
- Həsənovun cinayət işi məhkəməyə göndərildi
- Taksi sahiblərinin nəzərinə: Sığorta ilə bağlı mühüm qərar...
- Bakı metrosuna yeni qatarlar alınacaq
- Azərbaycan onu Tacikistana təhvil verdi
- Qanlı Göl ərazisi şəhər parkı konsepsiyasında abadlaşdırılacaq