Məşhur Hollivud aktyoru, Kaliforniyanın keçmiş qubernatoru Arnold Şvartsenegger ötən il “Avroviziya” müsabiqəsinin qalibi olmuş Ukraynanın Kaluş Orkestr qrupunun yeni “Generous Vechir” klipində rol alıb.
Kult.az xəbər verir ki, bu barədə Ukrayna mediası məlumat yayıb.
Videonun əvvəlində Şvartsenegger deyir:
“Bu, bütün Ukrayna xalqına güclü mesajdır. Xüsusilə indi, bu çətin zamanda. Hər kəsin xəyalı ola bilər. Və hər kəs bunu həyata keçirə bilər”.
Aktyor videonun ən sonunda mahnının adını ukraynca tələffüz edərək qrupun əhatəsində görünür.
- Bir ailənin 5 üzvü dəm qazından zəhərləndi
- Ağdam-Xankəndi dəmir yolunun tikintisi davam etdirilir - Video
- Bakıda böyük sıxlığın səbəbi açıqlandı - Foto
- Kəlbəcərə daha 27 ailə yola salındı
- “Qazandıran bahar” kampaniyası ilə əlavə bonuslar qazanın
- “Poz-Qazan”da 3 ayda 39 böyük uduş qazanılıb
- Bu assosiasiyaya yeni rəhbər təyin edildi
- DOST TV-nin 2 yaşı tamam olur