Azərbaycan Respublikası Mərkəzi Seçki Komisiyyasının sədri Məzahir Pənahov oğullarına toy edib. BUTA.TV xəbər verir ki, Manset.az-ın əldə etdiyi məlumata görə, MSK rəhbəri bir həftədə iki möhtəşəm toy mərasimi keçirib.
Belə ki, M. Pənahov əvvəlcə kiçik oğlu Araz Pənahova “Buta Palasda”da, elə həmin həftə ərzində də böyük oğlu Məhəmməd Pənahova “Fairmont” hoteldə dəbdəbəli toy edib. Məhəmməd Həlimə adlı xanımla, Araz isə Nərgiz adlı xanımla ailə həyatı qurub. Mərasimdə nazirlər, deputatlar, icra başçıları, generallar, bir çox nüfuzlu iş adamları iştirak edib. Toyu Xalq artistləri Röya Ayxan, Eyyub Yaqubov, Əməkdar artist Xəyyam Nissanov idarə edib. Mərasimində gəlinlərə bahalı qızıl-brilyant hədiyyə ediblər.
MSK sədri Məzahir Pənahov açıqlamasında toy mərasimlərinin keçirildiyini təsdiq edərək dəstəyi asıb.
- İşdən çıxan 57 yaşlı prokuror vəfat etdi - Foto
- Bir ailənin 5 üzvü dəm qazından zəhərləndi
- Ağdam-Xankəndi dəmir yolunun tikintisi davam etdirilir - Video
- Bakıda böyük sıxlığın səbəbi açıqlandı - Foto
- Kəlbəcərə daha 27 ailə yola salındı
- “Qazandıran bahar” kampaniyası ilə əlavə bonuslar qazanın
- “Poz-Qazan”da 3 ayda 39 böyük uduş qazanılıb
- Bu assosiasiyaya yeni rəhbər təyin edildi