“Qarabağ”ın UEFA Konfrans Liqasının pley-off mərhələsində Belçika klubu “Gent”lə keçirəcəyi oyunlarda VAR sistemindən istifadə olunacaq.
BUTA.TV xəbər verir ki, turnirin bu mərhələsindən etibarən hakimlər VAR-dan yararlanacaqlar.
Qeyd edək ki, pley-off mərhələsinin matçları fevralın 16-da və 23-də baş tutacaq. “Qarabağ” ilk oyununa Bakıda, cavab görüşünə isə səfərdə çıxacaq.
Xatırladaq ki, UEFA Konfrans Liqasında 2021/2022 mövsümündə yalnız yarımfinal və final görüşlərində VAR sistemindən istifadə olunub.
- Bu assosiasiyaya yeni rəhbər təyin edildi
- DOST TV-nin 2 yaşı tamam olur
- Ər və arvadı bıçaqlandı: 18 yaşlı oğulları saxlanıldı
- Cəlilabadda 85 yaşlı kişi yanaraq öldü
- Bəzi ərazilərdə işıq olmayacaq
- Aprel qələbəsindən 10 il ötür
- Bu yolda sürət həddi endirildi
- Azərbaycanda bu məktəb onlayn rejimə keçdi