Qazaxıstanın Konstitusiya Məhkəməsi Nursultan Nazarbayevi millət lideri (Elbası - red.) elan edən "Qazaxıstan Respublikasının Birinci Prezidenti haqqında" Qanunun etibarsız sayılması barədə qərar çıxarıb.
Axara.az Report-a istinadən məlumatına görə, sənəddə qeyd edilir ki, hazırda Konstitusiyanın Qazaxıstan Respublikasının qüvvədə olan qanununda “Qazaxıstan Respublikasının Birinci Prezidenti – Elbası haqqında” Konstitusiya qanununun qorunub saxlanılması üçün hüquqi əsaslar yoxdur, bununla əlaqədar qanun qüvvədən düşmüş hesab edilir.
Müvafiq qanun hələ 2000-ci ildə qəbul edilib və bir neçə dəfə təkmilləşdirilib.
Nazarbayev Qazaxıstana təxminən 30 il rəhbərlik edib və 2019-cu ilin martında vəzifəsindin gedib. Onun xələfi Qasım-Jomart Tokayevdir.
- Bu assosiasiyaya yeni rəhbər təyin edildi
- DOST TV-nin 2 yaşı tamam olur
- Ər və arvadı bıçaqlandı: 18 yaşlı oğulları saxlanıldı
- Cəlilabadda 85 yaşlı kişi yanaraq öldü
- Bəzi ərazilərdə işıq olmayacaq
- Aprel qələbəsindən 10 il ötür
- Bu yolda sürət həddi endirildi
- Azərbaycanda bu məktəb onlayn rejimə keçdi