Türkiyə Milli Müdafiə naziri Hulusi Akarla ukraynalı həmkarı Aleksey Reznikov arasında telefon danışığı olub.
BUTA.TV xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Danışıqlar zamanı Türkiyə milli müdafiə naziri daha çox insan tələfatının qarşısının alınması və regionda sülh və sabitliyin bərqərar olması üçün dərhal atəşkəs rejiminin yaradılmasının vacibliyini vurğulayıb.
Onun sözlərinə görə, prezidentin başçılıq etdiyi Türkiyə sülhün təmin olunmasına öz töhfəsini verməyə davam edəcək:
“İndiyə qədər olduğu kimi bölgədə və bütün səviyyələrdə humanitar yardım göstərilib”.
- Aprel qələbəsindən 10 il ötür
- Bu yolda sürət həddi endirildi
- Azərbaycanda bu məktəb onlayn rejimə keçdi
- İtkin düşən 10 nəfər tapıldı - Rəsmi
- Sabah Şağanda qaz olmayacaq
- Xəzər sahilindən Bakıya qatı duman yaxınlaşır - Foto
- Abşeronda içməli su təminatı bərpa olunur
- Vətəndaşlara qarşı genişmiqyaslı fişinq kampaniyası...