İranda adətən qızıl satışının artdığı Analar Günü ərəfəsində qızıl bazarında vəziyyət qənaətbəxş deyil.
BUTA.TV xəbər verir ki, bunu Məşhədin Qızıl, Zərgərlik və Gümüş Birliyinin rəhbəri Yusif Tağızadə İSNA-ya müsahibəsində deyib.
“Qızılın qiymətinin kəskin artması İranın qızıl bazarının ciddi resessiya ilə üzləşməsinə səbəb olub. Hazırda qızıl bazarı ciddi tənəzzül ilə qarşı-qarşıyadır. Yalnız sərmayə qoymaq niyyətində olanlar işlənmiş qızıl almaq üçün bazara gedirlər”, - Tağızadə bildirib.
Həmçinin Tağızadə bu il qızılın qiymətinin ötən illə müqayisədə 50% artığını, satışın isə 70% azaldığını qeyd edib.
- Cəlilabadda 85 yaşlı kişi yanaraq öldü
- Bəzi ərazilərdə işıq olmayacaq
- Aprel qələbəsindən 10 il ötür
- Bu yolda sürət həddi endirildi
- Azərbaycanda bu məktəb onlayn rejimə keçdi
- İtkin düşən 10 nəfər tapıldı - Rəsmi
- Sabah Şağanda qaz olmayacaq
- Xəzər sahilindən Bakıya qatı duman yaxınlaşır - Foto