Bakı-Quba yolunun Siyəzən rayonundan keçən hissəsində sərnişin daşıyan avtobusun aşması nəticəsində xəsarət alan olmayıb.
Bu barədə BUTA.TV-a Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polis mayoru Rövşən Tağıyev bildirib.
Qeyd olunub ki, Bakı-Quba yolunun 98-ci kilometrliyində “Hyundai” markalı 50-EA-628 markalı sərnişin daşıyan avtobus qarşısına mal-qara çıxdığı üçün avtomobili dayandırıb:
“Avtomobil dayanandan sonra sürüşməyə başlayıb və yolun kənarına aşıb. Hadisə zamanı sürücü və sərnişinlər arasında xəsarət alan olmayıb. Hazırda faktla bağlı araşdırma aparılır”.
- Aprel qələbəsindən 10 il ötür
- Bu yolda sürət həddi endirildi
- Azərbaycanda bu məktəb onlayn rejimə keçdi
- İtkin düşən 10 nəfər tapıldı - Rəsmi
- Sabah Şağanda qaz olmayacaq
- Xəzər sahilindən Bakıya qatı duman yaxınlaşır - Foto
- Abşeronda içməli su təminatı bərpa olunur
- Vətəndaşlara qarşı genişmiqyaslı fişinq kampaniyası...