İranın Qərbi Azərbaycan əyalətinin bütün bölgələrində, eləcə də Xorasan əyalətində sərt hava şəraiti ilə əlaqədar olaraq məktəblər distant rejimə keçirilib.
BUTA.TV xəbər verir ki, bu barədə əyalətlərin Baş Təhsil İdarəsinin ictimaiyyətlə əlaqələr bölməsi məlumat yayıb.
Bildirilir ki, soyuqların davam etməsi enerji istehlakına mənfi təsir edir. Enerjiyə qənaət etmək üçün bu vilayətin bütün məktəblərində dərslər onlayn olacaq.
Yanvarın 9-dan başlayan tətillərin nə vaxt sona çatacağı barədə açıqlama verilməsə də, hava şəraiti ilə əlaqədar uzadıla biləcəyi qeyd olunub.
Xatırladaq ki, enerji qıtlığı ilə qarşılaşan İran soyuqlar başlayandan yüzlərlə dövlət idarəsi və ictimai iaşə obyektlərinə qaz verilişini də dayandırıb.
- Aprel qələbəsindən 10 il ötür
- Bu yolda sürət həddi endirildi
- Azərbaycanda bu məktəb onlayn rejimə keçdi
- İtkin düşən 10 nəfər tapıldı - Rəsmi
- Sabah Şağanda qaz olmayacaq
- Xəzər sahilindən Bakıya qatı duman yaxınlaşır - Foto
- Abşeronda içməli su təminatı bərpa olunur
- Vətəndaşlara qarşı genişmiqyaslı fişinq kampaniyası...