Növbəti üç gündə Şuşa, Kəlbəcər və Laçında müşahidə ediləcək hava şəraiti açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən BUTA.TV-a bildirilib ki, yanvarın 10-da zəif yağan qarın axşama doğru intensivləşəcəyi gözlənilir. Arabir duman olacaq. Şərq küləyi 3-8 metr/saniyə əsəcək. Havanın temperaturu gecə 15-18 dərəcə şaxta, gündüz 8-13 dərəcə şaxta olacaq.
Yanvarın 11-də arabir qar yağacağı, duman olacağı gözlənilir. Şərq küləyi 3-8 metr/saniyə əsəcək.
Havanın temperaturu gecə 15-20 dərəcə şaxta, gündüz 5-10 dərəcə şaxta olacaq.
Yanvarın 12-də gün ərzində əsasən yağmursuz keçəcək. Arabir duman olacaq. Şərq küləyi 3-8 metr/saniyə əsəcək.
Havanın temperaturu gecə 15-18 dərəcə şaxta, gündüz 6-11 dərəcə şaxta olacaq.
- Aprel qələbəsindən 10 il ötür
- Bu yolda sürət həddi endirildi
- Azərbaycanda bu məktəb onlayn rejimə keçdi
- İtkin düşən 10 nəfər tapıldı - Rəsmi
- Sabah Şağanda qaz olmayacaq
- Xəzər sahilindən Bakıya qatı duman yaxınlaşır - Foto
- Abşeronda içməli su təminatı bərpa olunur
- Vətəndaşlara qarşı genişmiqyaslı fişinq kampaniyası...