Ovladıqları cüyürü Qəbələyə satmağa gətirən İsmayıllı sakinləri saxlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan BUTA.TV-a verilən məlumata görə, Qəbələ Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbir zamanı İsmayıllı rayon sakini Rəşad Şahbazzadənin idarə etdiyi “Opel” markalı avtomobil nəzarət-yoxlama qaydasında saxlanılıb.
Nəqliyyat vasitəsinə baxış keçirilərkən yük yerindən ovlanmış bir baş cüyür aşkarlanıb.
Araşdırma zamanı Rəşad Şahbazzadənin avtomobildə olan digər iki sərnişini, İsmayıllı rayon sakinləri - Fariz Bəkirov və Cavanşir Xələfovla birlikdə həmin cüyürü satmaq məqsədilə İsmayıllıdan Qəbələyə gəldikləri müəyyən edilib.
Faktla bağlı araşdırma aparılır.
- Aprel qələbəsindən 10 il ötür
- Bu yolda sürət həddi endirildi
- Azərbaycanda bu məktəb onlayn rejimə keçdi
- İtkin düşən 10 nəfər tapıldı - Rəsmi
- Sabah Şağanda qaz olmayacaq
- Xəzər sahilindən Bakıya qatı duman yaxınlaşır - Foto
- Abşeronda içməli su təminatı bərpa olunur
- Vətəndaşlara qarşı genişmiqyaslı fişinq kampaniyası...