Əməkdar artist Yusif Mustafayev minimum əmək haqqı, pensiya və müavinətlərin artırılmasına münasibət bildirib.
Y.Mustafayev açıqlamasında “345 manatla dolanmaq mümkün deyil” deyənlərə belə cavab verib: “Dövlətimizin qanunları hamısı məni qane edir. Hökumətdə iqtisadçılar, hamıdan çox savadı olan insanlar var. Onlar nə məsləhət görürsə, hamımız buna razılıq verməliyik”.
Əməkdar artist “uşaqpulu”nun bərpa edilməsi ilə bağlı tələblərə də münasibət bildirib: “Allah qoysa, o da olar. Nə qərar verirlərsə, hər halda məsləhət odur. “Uşaqpulu” verilsə, yaxşı olar, verilməsə də, deməli, belə məsləhət bilirlər”.
- Aprel qələbəsindən 10 il ötür
- Bu yolda sürət həddi endirildi
- Azərbaycanda bu məktəb onlayn rejimə keçdi
- İtkin düşən 10 nəfər tapıldı - Rəsmi
- Sabah Şağanda qaz olmayacaq
- Xəzər sahilindən Bakıya qatı duman yaxınlaşır - Foto
- Abşeronda içməli su təminatı bərpa olunur
- Vətəndaşlara qarşı genişmiqyaslı fişinq kampaniyası...