Bu gün günorta saatlarında Şəki rayonunun Oxud kəndi ərazisində 1981-ci il təvəllüdlü kənd sakini Cumay Salamovun tüfəngdən açılan atəş nəticəsində xəsarət alması və xəstəxanaya aparılarkən yolda ölməsi barədə şəhər-rayon polis şöbəsinə məlumat daxil olub.
DİN-in Mətbuat Xidmətindən BUTA.TV-a verilən məlumata görə, ilkin araşdırmanın nəticələrinə əsasən, Cumay Salamov qardaşının idarə etdiyi UAZ markalı avtomobildə sərnişin qismində olarkən üzərindəki ov tüfəngi ilə ehtiyyatsız davranıb və silahdan açılan atəş nəticəsində aldığı xəsarətlərdən vəfat edib.
Polis və prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə, eləcə də meyitə baxış keçirilib, digər prosessual hərəkətlər yerinə yetirilib.
- Aprel qələbəsindən 10 il ötür
- Bu yolda sürət həddi endirildi
- Azərbaycanda bu məktəb onlayn rejimə keçdi
- İtkin düşən 10 nəfər tapıldı - Rəsmi
- Sabah Şağanda qaz olmayacaq
- Xəzər sahilindən Bakıya qatı duman yaxınlaşır - Foto
- Abşeronda içməli su təminatı bərpa olunur
- Vətəndaşlara qarşı genişmiqyaslı fişinq kampaniyası...