Xəbər verdiyimiz kimi, ötən gün Ermənistanın Azərbaycanla sərhədində meşə ərazisində yanğın baş verib.
BUTA.TV xəbər verir ki, yanğının necə baş verməsi ilə bağlı maraqlı detal ortaya çıxıb.
Belə ki, 2020-ci ildə baş verən müharibə dönəmində ermənilərin “informasiya savaşında” aktiv iştirak edən Artur Ayvazyan adlı şəxs yanğından bir neçə saat əvvəl Tvitter hesabında sərhəddə böyük yanğın olacağı ilə bağlı məlumat paylaşıb. O, sonradan bu postu silsə də, əslində yanğının ermənilər tərəfindən qəsdən törədildiyini sübut etmiş olub.
Xüsusilə qeyd edək ki, ötən gün yayılan məlumatlarda da qeyd olunurdu ki, külək Azərbaycan tərəfdən əsdiyi üçün yanğın Gorusa doğru genişlənib.
- Aprel qələbəsindən 10 il ötür
- Bu yolda sürət həddi endirildi
- Azərbaycanda bu məktəb onlayn rejimə keçdi
- İtkin düşən 10 nəfər tapıldı - Rəsmi
- Sabah Şağanda qaz olmayacaq
- Xəzər sahilindən Bakıya qatı duman yaxınlaşır - Foto
- Abşeronda içməli su təminatı bərpa olunur
- Vətəndaşlara qarşı genişmiqyaslı fişinq kampaniyası...