Xərçəngdən əziyyət çəkən əməkdar artist, "Toppuş bacı" kimi tanınan Tünzalə Əliyevanın səhhəti pisləşib.
Kult.az Medicina.az-a istinadən xəbər verir ki, o, ayaqlarının tutulduğunu, xəstəxanaya gedə bilmədiyini bildirib:
“Çox pisəm. Ayaqlarım demək olar, tamamilə tutulub. Klinikaya gedə bilmirəm. Yataq xəstəsiyəm. Ağciyərimə, ayaqlarıma su yığılmışdı. Xəstəxanaya gedə bilmirəm ki, yenidən yoxlanış olsun. Şüa müalicəsi çoxdan dayanıb. MRT (Maqnit Rezonans Tomoqrafiyası) olmalıyam. Amma gecikirəm, artıq getməyə gücüm də yoxdur”.
Qeyd edək ki, bir neçə ay əvvəl sənətçinin başında da şiş aşkarlanıb. Hətta onun səsi də tutulub, buna görə aktrisalıq fəaliyyətini dayandırıb.
- Aprel qələbəsindən 10 il ötür
- Bu yolda sürət həddi endirildi
- Azərbaycanda bu məktəb onlayn rejimə keçdi
- İtkin düşən 10 nəfər tapıldı - Rəsmi
- Sabah Şağanda qaz olmayacaq
- Xəzər sahilindən Bakıya qatı duman yaxınlaşır - Foto
- Abşeronda içməli su təminatı bərpa olunur
- Vətəndaşlara qarşı genişmiqyaslı fişinq kampaniyası...