Ötən gün Naxçıvan Muxtar Respublikası Babək rayonu Nehrəm qəsəbəsində qətl olması barədə xəbər vermişdik.
BUTA.TV xəbər verir ki, Lent.az-ın əldə etdiyi məlumata görə, hadisə qəsəbə ərazisində olan orta məktəbdə baş verib. Buranın şagirdi olan 17 yaşlı Tuncay Abdullayev digər şagird və həmkəndlisi olan Rəhman Süleymanov tərəfindən bıçaqlanıb.
Məlumata görə, qətl məktəbdə tənəffüs zamanı qeydə alınıb.
R. Süleymanov saxlanılıb. Barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi açılıb, Araşdırma davam edir.
- Aprel qələbəsindən 10 il ötür
- Bu yolda sürət həddi endirildi
- Azərbaycanda bu məktəb onlayn rejimə keçdi
- İtkin düşən 10 nəfər tapıldı - Rəsmi
- Sabah Şağanda qaz olmayacaq
- Xəzər sahilindən Bakıya qatı duman yaxınlaşır - Foto
- Abşeronda içməli su təminatı bərpa olunur
- Vətəndaşlara qarşı genişmiqyaslı fişinq kampaniyası...