Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyində fəaliyyət göstərən "Yeni klinika" tibb müəssisəsinin direktor müavini vəzifəsinə yeni təyinat olub.
BUTA.TV xəbər verir ki, bu barədə TƏBİB-dən məlumat verilib.
Belə ki, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) icraçı direktoru Vüqar Qurbanovun müvafiq əmrinə əsasən, İlqar Mustafayev "Yeni klinika" tibb müəssisəsinin inzibati işlər üzrə direktor müavini vəzifəsinə təyin edilib.
Qeyd edək ki, o, 2015-2019-cu illərdə "German" Hospitalda baş direktor, 2021-2023-cü illərdə isə Milli Hematologiya və Transfuziologiya Mərkəzində inzibati işlər üzrə müavin vəzifələrində çalışıb.
- Aprel qələbəsindən 10 il ötür
- Bu yolda sürət həddi endirildi
- Azərbaycanda bu məktəb onlayn rejimə keçdi
- İtkin düşən 10 nəfər tapıldı - Rəsmi
- Sabah Şağanda qaz olmayacaq
- Xəzər sahilindən Bakıya qatı duman yaxınlaşır - Foto
- Abşeronda içməli su təminatı bərpa olunur
- Vətəndaşlara qarşı genişmiqyaslı fişinq kampaniyası...